(+994) 12 496 92 95 (+994) 55 691 84 64; (+994) 51 366 82 83

Qalıcı göz layneri

Qalıcı makiyaj həmişə baxımlı görünmək istəyənlər üçün ideal bir seçimdir. Duş qəbul edərkən belə silinməyən layner, dodaq konturu, nəzərəçarpan qaşlarınız olmasını istəməzsinizmi? Bir çox insan səhər yuxudan oyandığı zaman və ya dənizə girib çıxdıqdan sonra güzgüyə baxmaq istəməz.

Bəziləri üçün təbii gözəllik səhər yuxudan oyandığınız və duşdan çıxdığınız anda necə göründüyünüzdür. Həmçinin idman edərkən və iş həyatında da gün ərzində makiyajınızı qorumaq xüsusi diqqət tələb edir. Günün qaçhaqaçında bir çox qadın çantasındakı güzgü və ənlikdən istifadə etmək istəmir. Qalıcı makiyaj isə zaman qazanmaq istəyən qadınların xilaskarına çevrilir.

Qalıcı makiyajdan hər kəs istifadə edə bilər. Xüsusilə makiyaj etməyə vaxt tapmayan qadınlar, idmançılar, sənətçilər, kontakt linza istifadə edənlər qalıcı makiyaja daha çox ehtiyac duyurlar. Misal olaraq sarışın və ağbəniz olan insanların kirpikləri və qaşları nəzərəçarpan deyildir. Bu da onlara solğun bir ifadə verə bilər. Bu solğunluğu yox etmək və ifadəni nəzərəçarpan etmək üçün günlük həyatda gözlərə göz qələmi və ya layner, qaşlara yüngül qaş qələmi və dodaqlara incə bir kontur çəkmək lazım gəlir. Bütün bunlar isə gün ərzində bir dəfə təzələnir. Qalıcı makiyaj isə bunların dayanıqlı hala gətirilməsidir. Hər an, hər şəraitdə axmadan, bulaşmadan, vaxt sərf etmədən makiyaj yerində qalır. Gündəlik həyatda daim baxımlı qalmağınıza səbəb olur.

Qalıcı makiyaj kimlərə tətbiq olunmur
 
• Diabet (şəkər) xəstələrinə
 
• Hepatit (Sarılıq) xəstələrinə
 
• HİV virusu daşıyan xəstələrə
 
• Hemofiliya (Qan laxtalanması pozuqluğu) xəstələrinə
 
• Roacutan həbi istifadə edən xəstələrə
 
• Hemoterapiya görən xəstələrə

• Psixiatrik xəstəliyi olanlara
 
• 18 yaşından kiçiklərə
 
• Piqment allergiyası olanlara
 
• Keloid, melanoma, ziyil, göbələk, ekzama kimi dəri narahatlıqlar olanlara

• Ət xalların üzərinə
 
• Kapilyar damar çatlamaları üzərinə
 
• Konjonktivit (gözyaşı kanalının İltihabı) xəstəliyi olanlara
 
• Uçuq (Herpes virusu) olan şəxslərə
 
• Üzə estetik məqsədli tətbiq olunan plomb əməliyyatı sonrası
 
• Aybaşı dövrü əvvəlində və həmən sonrasında
 
• Hamilə və əmizdirən qadınlara
 
 
Göz qapaqlarında qalıcı makiyaj tətbiqi
Qalıcı makiyajla göz qapaqlarına  eye -liner xətti çəkilir. Bu tətbiq kirpikləri az və ya seyrək olanların təsiredici baxışlara sahib olmasını təmin edir. Üstəlik klassik  eye-liner, ya da göz qələmi edilən makiyajdan daha pastel və təbii bir ifadə təmin edər.
 

 

Facebook-da Biz

Bizim Ünvanımız

 Bakı şəh., Xətai pros 15, mərkəz 41,(Şərq bazarının yanı)

 +994 12 496 92 95

 +994 55 691 84 64; +994 51 366 82 83

info@drzeyneb.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

xəritə

© 2014 - 2019 Dr Zeyneb. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design