(+994) 12 496 92 95 (+994) 55 691 84 64; (+994) 51 366 82 83

Permanent

Permanent

 

Qadınların makiyajında qaşın quruluşu vacib yer tutur. Əvvəllər sadəcə qaş aldırmaqla qaşlara quruluş verilirdisə, indi bu, daha müasir üsullarla həyata keçirilir. Məsələn, bir neçə il əvvəl qaşları tatuaj etdirməklə ona qalıcı forma verilirdi. Sonrakı mərhələdə permanent qaşlar dəbə düşdü.Tatuaj qaşlardan sonrakı mərhələdə permanent aktual yer tutub və hələ də dəbdədir. Permanent təbii şəkildə qalıcı makiyaj kimi istifadə olunur. Qalıcılıq müddəti 1 ildən 2 ilə qədərdir. 

İstər permanent, istərsə də mikrobleydinqin həyata keçirildiyi alətlər steril vəziyyətdə və birdəfəlik istifadə üçün nəzərdə tutulanlar olmalıdır. Bundan sonrakı mərhələdə isə qadının üz görünüşünə uyğun qaşa forma vermək və boyanın rəng seçimi əhəmiyyətlidir. Bu işdə qaşların təbii görünməsi vacib şərtdir. Qaşların formasının üzün quruluşuna uyğun seçilməməsi və boya seçiminin dəri rənginə uyğun olmaması uğursuz nəticəyə səbəb olur: "Elə insanlar var gəlib deyirlər ki, qaşımın yarısını kəs, göyə qaldır. Bu, qəti düzgün deyil. Onu  başa salırıq ki, sizin istəyiniz düzgün deyil. Çünki insanın öz qaşına uyğun təbii şəkildə forma verilməlidir. Biz başqa qaş yarada bilmərik. Qaşlar insana yaraşmalıdır. Üzə uyğun qaş forması təyin edildikdən sonra prosedura başlayırıq. Qaşlardakı tüklər qətiyyən qırxılmır, kəsilmir. Proses mövcud tüklərin altında tətbiq edilir".

#permanet 

Facebook-da Biz

Bizim Ünvanımız

 Bakı şəh., Xətai pros 15, mərkəz 41,(Şərq bazarının yanı)

 +994 12 496 92 95

 +994 55 691 84 64; +994 51 366 82 83

info@drzeyneb.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

xəritə

© 2014 - 2019 Dr Zeyneb. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design