(+994) 12 496 92 95 (+994) 55 691 84 64; (+994) 51 366 82 83

Üz masajı

Üz masajı

Üzün klassik şəkildə masaj edilməsi

onun cavanlaşması üçün möcüzələr yarada bilər. Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Üzün masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Üzün masajı zərif bir iş olub, böyük məharət və bilik tələb edir. Ona görə də bu halda kosmetoloqun seçilməsinə çox diqqətlə yanaşmaq lazımdır. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər. Üz masajı üçün əks göstərişlər: irinli səpgilər, üz damarların genişlənməsi, üzün tüklənməsi, yanıqlar, çatlar.

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır (üzün dərisi sallanmağa, qırışlar isə əmələ gəlməyə başlayanda).

askiseis matiwn

Sizə təqdim etdiyimiz qimnastika və masaj kompleksi üz əzələləri zəifləmiş qadınlar üçün nəzərdə tutularaq, məhz əzələlərin tonusunun qaytarılmasına yönəldilmişdir. Bu kompleksi yaşı 30-dan artıq olan qadınlar icra edə bilərlər. Onu da nəzərə alın ki, yalnız uzun müddət ərzində gündəlik olaraq yerinə yetirilən məşğələlər yaxşı effekt verə bilər. Yadda saxlayın ki, bütün masaj hərəkətləri yüngül və incə toxunmalarla yerinə yetirilməlidir. Dərinin güclü şəkildə sürtülməsi və dartılması yalnız mənfi nəticələrə səbəb ola bilər.

Gimnastik və öz-özünü masaj hərəkətlərinə başlamazdan qabaq üz dərisini yaxşı təmizləmək lazımdır. Dəri çox qurudursa və hərəkətlərin yerinə yetirilməsi diskomfort yaradırsa, gimnastik hərəkətdən qabaq təmizlənmiş üzə az miqdarda krem və ya bitki yağı sürtmək olar. Hərəkətlər kompleksi başa çatdıqdan sonra dəri təkrar olaraq təmizlənməli və üzərinə qidalandırıcı krem və ya maska çəkilməlidir. Hərəkətlər kompleksi mütləq iri güzgü önündə dik oturmuş vəziyyətində yerinə yetirilməlidir.

Üz üçün gimnastik hərəkətlər və masaj kompleksi

Alın dərisinin hamarlanması

1. Bir əlinizin ovucunu yastısına olmaqla alnınıza qoyun. Alnınıza bir qədər təzyiq edin. 10-15 dəfə kifayət qədər sürətli tempdə olmaqla qaşlarınızı qaldırın və salın. Bir necə saniyə müddətinə alnınızı sərbəstləşdirin. Sonra hərəkətləri yenə 2-ci dəfə təkrar edin.

2. Hər iki əlinizin şəhadət, orta və adsız barmaqlarını kip şəkildə alının orta hissəsinə sıxın. 3-ə qədər sayaraq barmaqlarınızı yüngülcə alnınıza sıxaraq gicgahlara tərəf dartın. Bu hərəkətləri 5 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha təkrar edin.

Sadalanan bu məşğələlərdən savayı, alın nahiyəsindəki qırışları hamarlamaq üçün alına sarğı da etmək olar. Yaxşı olardı ki, bu sarğı rezinlənmiş (elastik) materialdan hazırlansın. Sarğının altından dəriyə qidalandırıcı krem sürtülməsi məsləhət görülür. Bu sarğını ev işləri görərkən, bütün gün ərzində saxlamaq olar.

Göz əzələlərinin möhkəmləndirilməsi

1. Divarda sizin baxışınız səviyyəsində olmaqla bir nöqtəni qeyd edin. Gözlərinizi “bərəldərək” həmin nöqtəyə baxın. Gözləri o dərəcəyə qədər açmaq lazımdır ki, gözün ağ qişası görünmüş olsun. Bu məşğələni düzgün olaraq yerinə yetirsəniz, siz gözlərinizin gərginləşməsini hiss etməklə yanaşı, gicgahlarınızın da işləməsini hiss edəcəqsiniz. Sonra gözlərinizə sərbəstlik verin və yenə də gərginləşdirin. Bu hərəkətləri 10 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha təkrar edin. Bu məşğələni yerinə yetirərkən qaşları qaldırmaq və alını yığmaq olmaz.

 

#deri #xestelikleri #adlari #deri #xesteliklerinin #mualicesi #deri #xestelikleri #sekilleri #deri #xestelikleri #haqqinda #melumat #demirov #deri #xesteliyi #haqqinda #deri #xestelikleri #vikipediya #deri #xestelikleri #qasinma #deri #xesteliklerinin #yaranma #sebebleri 

 

Facebook-da Biz

Bizim Ünvanımız

 Bakı şəh., Xətai pros 15, mərkəz 41,(Şərq bazarının yanı)

 +994 12 496 92 95

 +994 55 691 84 64; +994 51 366 82 83

info@drzeyneb.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

xəritə

© 2014 - 2019 Dr Zeyneb. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design