(+994) 12 496 92 95 (+994) 55 691 84 64; (+994) 51 366 82 83

Lent qurdu

Enli lentşəkilli qurd

Bu növ qurdla yoluxma əsasən yaxşı bişirilməmiş və qızardılmamış balıqların yeyilməsi nəticəsində baş verir. Bu qurdun uzunluğu 8-10 m-ə çata bilər. İnsan bədənində illərlə qala bilir. Enli lentşəkilli qurd bağırsağı qıcıqlandırır və xeyli miqdarda B12 vitaminini mənimsədiyi üçün qanazlığına (anemiyaya) səbəb olur. İştahası yaxşı olmasına baxmayaraq uşaq kəskin şəkildə arıqlayır.Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının və ya onun bədəninin bir hissəsinin aşkar edilməsi nəticəsində qoyulur.Xəstəliyin profilaktikası əsasən, çiy, yaxşı bişirilməmiş və qızardılmamış, hisə və buxara yaxşı verilməmiş balıqların və pis duzlanmış kürünün qəbul edilməməsindən ibarətdir.

Lentşəkilli cırtdan qurd

Bu qurdun uzunluğu 1,5-3 sm olur. Natəmiz əllər vasitəsi ilə təkrar özünü yoluxdurmalar baş verdiyi üçün qurd uzun müddət insan orqanizmindən tam şəkildə yox olmur. Lentşəkilli cırtdan qurd əsasən nazik bağırsağı zədələyərək onun iltihablaşmasına və hətta xoraların da əmələ gəlməsinə səbəb olur. Uşaq orqanizmində yüzlərlə belə helmintlərin yaşaması onun orqanizmi üçün ağır və təhlükəlı xəstəliyə çevrilə bilər. Belə uşaqlar arıqlayır, əzgin, solğun görünürlər. Onlarda bağırsaq pozğunluqları, ishal, nəcisdə xeyli miqdarda seliyin olması, sinir sistemi tərəfindən (hətta bəzən özündəngetmə və qıcolma tutmaları baş verməklə) müxtəlif pozğunluqlar da rast gələ bilər. Lentşəkilli cırtdan qurdun ömrü bir aydan artıq deyil. Ancaq təkrar özünü yoluxdurmalar baş verdiyi xəstəlik illərlə davam edə bilər.Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının aşkar edilməsi nəticəsində dəqiqləşə bilər. Sanitar gigiyenik qaydalara əməl edildiyi halda, aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnə bilər.

Lentşəkilli balqabaq qurdu

Bu qurdun uzunluğu 20-70 sm-ədək çata bilər. O, itlərin adi parazitidir.

Xəstəliyə yoluxmuş uşaqlarda qarın nahiyəsində ağrılar, ürəkbulanma, qusma, baş ağrısı, ümumi zəiflik müşahidə edilir. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnir.

Xəstəliyin profilaktikası itlərlə ünsiyyətdə olarkən tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir.

Lentşəkilli pişik qurdu

Bu helmint qaraciyərdə, öd kisəsində, mədəaltı vəzidə parazitlik edərək, insan orqanizmində 20-40 il müddətində yaşaya bilir. Yoluxma çiy, buzlu, az duzlanmış balıqla qidalanma nəticəsində baş verir.

Lentşəkilli pişik qurdu həzm üzvlərinin funksiyasını pozur, qaraciyəri zədələyir. Xəstədə qarınüstü, sağ qabırğaaltında ağrılar olur, ürəkbulanma, qusma, başgicəllənmə, zəiflik, iştahanın azalması, qaraciyərin böyüməsi baş verir. Yoluxmuş uşaq öz yaşıdlarından fiziki inkişafına görə geri qalmağa başlayır.

Facebook-da Biz

Bizim Ünvanımız

 Bakı şəh., Xətai pros 15, mərkəz 41,(Şərq bazarının yanı)

 +994 12 496 92 95

 +994 55 691 84 64; +994 51 366 82 83

info@drzeyneb.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

xəritə

© 2014 - 2019 Dr Zeyneb. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design