(+994) 12 496 92 95 (+994) 55 691 84 64; (+994) 51 366 82 83

Lambliya

Lyambliyoz — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyamblyalar tərəfindən törədilən xəstəlik.

Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyamblya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur.Lyamblioz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyamblilərin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyamblilərin bir növü- L.intestinalis parazitlik edir.

Xəstəliyin törədiciləri orqanizmə ağızdan keçir. Lyambliozla yoluxmanın əsas üç yolu vardır: su, təmas və qida. Çox zaman yoluxma su kəmərindən axan yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Məişətlə ünsiyyət yolu zamanı lyambliozla yoluxma gündəlik həyatda işlənən əşyalar: alt geyimləri, oyuncaqlar, qab-qacaq vasitəsilə baş verir. Həmçinin uşaqlarda dırnaqları, qələmləri, karandaşları dişləmək kimi zərərli vərdişlər demək olar ki, 100% lyambliada aşkar olunur. Yoluxma sistalarla yoluxmuş, xüsusilə termiki emal olunmuş qida məhsullarından (tərəvəz, giləmeyvələr, meyvələr) istifadə zamanı da baş verə bilər.

İnkubasiya dövrü 10-15 gün davam edir. Parazitlər yoluxmadan 9 gün sonra görünməyə başlayır. Xəstələrin ümumi hissetmə qabiliyyəti yaxşı, bədən temperaturu normal olur. Onlar mədə bulanması, iştahanın azalması, bəzən qarında qurultu, eyni zamanda qarnın yuxarı hissələrində narahatlıqdan şikayətlənirlər. Bəzi xəstələrdə duru, su halında ishal, bədən kütləsinin hədsiz azalması müşahidə olunur. Bir neçə gündən sonra bütün simptomlar tədricən yox olur. Vegetativ formada lyambli sistalarının duru nəcisdə, yaxud adi nəcisdə aşkar edilməsi lyamblioz xəstəliyinə yoluxmaya süİnsan orqanizmində lyamblilər 2 formada mövcud olur. Vegetativ forma- lyamblilər əsasən nazik bağırsağın yuxarı hissələrində olur. Burda onlar parçalanmış, xüsusilə karbohidrogenli qida məhsulları ilə qidalanırlar. Yoğun bağırsağa düşməklə lyamblilər sistalara (sporlu forma) çevrilir və nəcislə ifraz olunur. Sista nədir? Sista- üzəri möhkəm qişa ilə örtülmüş kapsul formasında olan mikrobdur. Bu qişa onun özünə zərər vermədən xarici aləmin müxtəlif təsirlərini daşımağa imkan verir. Sistalar turşulara, qələvilərə, aktiv xlorlu maddələrə qarşı davamlıdır.

LAMBLIYA HAQQINDA 

Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyamblya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur.Lyamblioz geniş yayılmış xəstəlikdir.Bir hüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyamblilərin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyamblilərin bir növü- L.intestinalis parazitlik edir.

 

Facebook-da Biz

Bizim Ünvanımız

 Bakı şəh., Xətai pros 15, mərkəz 41,(Şərq bazarının yanı)

 +994 12 496 92 95

 +994 55 691 84 64; +994 51 366 82 83

info@drzeyneb.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

xəritə

© 2014 - 2019 Dr Zeyneb. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design