(+994) 12 496 92 95 (+994) 55 691 84 64; (+994) 51 366 82 83

Dodaq geli

Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi) - hazırda ən geniş yayılmış və dəbdə olan əməliyyatdır. Sadə görünməsinə baxmayaraq, bu prosedura yalnız kosmetik klinika şəraitində və yalnız çox yüksək dərəcədə ixtisaslaşmış və kifayət qədər təcrübəsi olan həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Qeyri peşəkarlıqla yerinə yetirilən bu əməliyyat dodaqların asimmetriyasına (əyriliyinə), üzün eybəcərləşməsinə, ağır allergik reaksiyaya səbəb ola bilər.

Dodaq ölçülərinin artırılması və onun formasının korreksiya edilməsi, dodaq toxumasına “doldurucu” adlanan xüsusi preparatların (biopolimer, poliakrid gel, buğa kollagenindən hazırlanmış preparatlar, gialuron turşusu əsasında hazırlanmış preparatlar və s.) daxil edilməsi ilə əldə edilir.

Hazırkı dövrdə həkim kosmetoloqlar bu məqsədlə əksər hallarda gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə edirlər. Gialuron turşusu orqanizmin özündə də hazırlanır. Bu maddə dərinin nəmliliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Gialuron turşusu orqanizm üçün “doğma” olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur.

Dodaq ölçüsünün artırılması prosesindən əvvəl həkim-kosmetoloq qadının özü ilə müzakirə etməklə “dodaqların formasını” seçir. Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi gel və ya kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir. Dodaq ölçülərinin artırılması əməliyyatı orta hesabla 30-dəqiqəyədək davam edir. Əməliyyatın nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra, tam şəkildə qiymətləndirmək olar.

Gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə etməklə dodaq ölçülərinin artırılması əməliyyatını bir müddət keçdikdən sonra təkrar etmək lazımdır. Çünki, bu maddə tədricən sorulur. Aparılan əməliyyatın effektivliyi daxil edilmiş preparatdan, qadının yaşından, orqanizmin xüsusiy-yətlərindən asılı olaraq, 6 aydan bir neçə ilə qədər saxlanıla bilər.

Dodaq ölçülərinin artırılması üsullarından biri də dodaq toxumasına biopolimer və ya poliakrid gellərin daxil edilməsindən ibarətdir. Daxil edilən bu preparatlar sonradan sorulmadığı üçün bu üsul daha uzun müddət ərzində effekt verir. Bu preparatlardan istifadə edilməsinin əskikliyi isə, onlardan istifadə etdikdə allergik reaksiyaların inkişaf etməsi və daxil edilən preparatın digər sahələrə yayılması riskinin  yüksək olmasıdır. Bunun nəticəsi olaraq dodağın forması da dəyişilə bilər.

Facebook-da Biz

Bizim Ünvanımız

 Bakı şəh., Xətai pros 15, mərkəz 41,(Şərq bazarının yanı)

 +994 12 496 92 95

 +994 55 691 84 64; +994 51 366 82 83

info@drzeyneb.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

xəritə

© 2014 - 2019 Dr Zeyneb. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design